Prostat xərçəngi kişilərin sağlamlığını təhdid edən və çox vaxt erkən mərhələlərdə özünü göstərməyən bir xəstəlikdir.
Milli.Az xəbər verir ki, xüsusilə 40 yaşdan yuxarı kişilər və ailəsində prostat xərçəngi olan şəxslər üçün bu risk daha da artır.
Bu səbəbdən də mütəxəssislər mütəmadi yoxlanışların həyat qurtarıcı ola biləcəyini vurğulayırlar. Türkiyəli uroloq Bülent Akduman heç bir əlamət olmasa belə bu yaş qrupundakı kişilərin müayinədən keçmələrinin vacibliyini qeyd edir. Xərçəngin erkən mərhələdə aşkarlanması müalicə prosesində əhəmiyyətli fərqlər yarada bilər.
Prostat xərçəngi xüsusilə 50 yaşdan yuxarı kişilər arasında ən çox rast gəlinən xərçəng növü olmasına baxmayaraq erkən mərhələdə diaqnoz qoyularsa, müalicəsi tam mümkündür. Bu xəstəlik ağciyər xərçəngindən sonra ikinci ən ölümcül xərçəng növü olaraq qəbul edilir və bu səbəbdən müayinənin erkən aparılması həyati əhəmiyyət daşıyır. Bülent Akduman prostat xərçənginin erkən mərhələlərdə aşkar edildiyi təqdirdə müalicənin çox uğurlu olduğunu vurğulayır. Xəstəliyin diaqnozu üçün ilk addım PSA adlı qan testidir, daha sonra isə prostat müayinəsi həyata keçirilir. Mütəxəssis bu müayinənin sadə, ağrısız və qorxusuz olduğunu qeyd edir, buna görə də kişilər mütəmadi olaraq müayinə olunmaqdan çəkinməməlidirlər. Erken diaqnoz həyat keyfiyyətini artıran və müalicəni daha effektiv edən bir amil olaraq, xəstəliyin qabağını almaqda böyük rol oynayır.
Asya
Milli.Az