Bakıda Azərbaycan-İspaniya biznes forumu start götürüb.
Trend xəbər verir ki, forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, İspaniya Ticarət Palatasının Baş İcraçı Direktoru İnmaculada Riera, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digərləri iştirak edirlər.
Milli.Az