Ukrayna ötən gecə Rusiya ərazisinə 337 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Milli.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılan məlumata görə, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bu PUA-lardan 337-ni vurub.
Hücumlar müxtəlif vilayətlərdə baş verib: Moskva vilayətinin üzərində 91, Kursk vilayətinin üzərində 126, Bryansk vilayətinin üzərində 38, Belqorod vilayətinin üzərində 25, Ryazan vilayətinin üzərində 22, Kaluqa vilayətinin üzərində 10, Lipetsk vilayətinin üzərində 8, Oryol vilayətinin üzərində 8, Voronej vilayətinin üzərində 6 və Nijni Novqorod vilayətinin üzərində 3 PUA vurulub.
Milli.Az