Kanal D-nin məşhur serialının yayımı dayandırılır

11 Mart 2025 10:53

Baş rollarına Bergüzar Korel və Mehmet Günsürün çəkildiyi Kanal D-nin "Annem Ankara" serialı tamaşaçılarla vidalaşır.

Serialın növbəti həftə son dəfə yayımlanacağı və yerini Çağatay Ulusoy ilə Demet Özdemirin baş rolda olduğu "Eşref Rüya" serialına verəcəyi açıqlanıb.

Kanal D-nin 13 həftə boyunca çərşənbə günləri yayımlanan serial üçün final qərarı verdiyi və "Annem Ankara"nın sonuncu bölümü ilə 23 mart bazar günü ekranlara gələcəyi bildirilir.

İsmayıl
Milli.Az