Türkiyədə ən az yanacaq sərf edən avtomobillər açıqlanıb.
Milli.Az xəbər verir ki, Türkiyədə satışda olan benzin və dizel ilə işləyən avtomobillərin yanacaq sərfiyyatını təhlil edən araşdırma aparılıb. Nəticədə ən qənaətcil modellərin siyahısı müəyyənləşdirilib.
Türkiyədə avtomobil sahibi olmaq xeyli maliyyə yükü tələb etdiyi üçün yanacaq qiymətləri sürücüləri xeyli narahat edir. Yeni nəsil hibrid və elektrikli avtomobillərin qiymətləri aşağı və orta gəlirli insanlar üçün əlçatmaz olduğu üçün alıcılar əsasən yanacağa qənaət edən modellərə üstünlük verirlər.
Araşdırmaya əsasən, Türkiyədə ən az yanacaq sərf edən avtomobillərin siyahısı belədir:
Benzinlə işləyən avtomobillər:
1. Peugeot 208 - 4,1 litr/100 km
2. Citroen C3 - 4,2 litr/100 km
3. Opel Corsa - 4,3 litr/100 km
4. Nissan Micra - 4,6 litr/100 km
5. Kia Stonic - 4,8 litr/100 km
6. Mitsubishi Space Star - 4,9 litr/100 km
7. Kia Picanto - 4,9 litr/100 km
8. Hyundai i10 - 4,9 litr/100 km
9. Dacia Sandero - 4,9 litr/100 km
10. Renault Clio - 5 litr/100 km
Dizellə işləyən avtomobillər:
1. Peugeot 2008 - 3,6 litr/100 km
2. Peugeot 508 - 3,8 litr/100 km
3. Citroen C4 - 3,8 litr/100 km
4. Opel Crossland - 3,9 litr/100 km
5. Volkswagen Passat - 3,9 litr/100 km
6. Citroen C-Elysee - 3,9 litr/100 km
7. Mini Cooper Clubman - 4 litr/100 km
8. Renault Megane - 4,1 litr/100 km
9. Fiat Egea - 4,1 litr/100 km
10. BMW 1 Seriya - 4,2 litr/100 km
İslam
Milli.Az