“Üzüyümün qiyməti 9 manat, sırğam isə 8 manat 50 qəpiyədir" - müğənni

11 Mart 2025 09:17

Müğənni Ülviyyə Namazova efirə 8 manat 50 qəpiyə sırğa taxıb.

Milli.Az xəbər verir ki, müğənni "ATV"də yayımlanan "Rəngərang" verilişində üzərindəki aksessuarlarının qiymətini açıqlayıb.

O bildirib ki, aksessuarlarını onlayn sifarişlə alıb: "Əgər digər efirə çıxanlar bahalısını taxırlarsa, elə bu da həmin "bahalılardandır". Elədirsə, onda mənim qulağımdakı sırğa da "10 minlikdir". 10 minin qarşısından "min"i silin, 10 manat qalsın. Üzüyümün qiyməti 9 manat, sırğam isə 8 manat 50 qəpiyədir".

Sonra Ülviyyə Namazova metlaxın üzərinə ataraq üzüyünü qırıb. (Pravda.az)

Milli.Az