"Trabzonspor"da yeni baş məşqçi

11 Mart 2025 08:47

Türkiyənin "Trabzonspor" komandasında baş məşqçi vəzifəsinə Fatih Tekke gətirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi onunla danışıqlara başladığını bəyan edib.

"Trabzonspor"dan verilən məlumata görə, martın 11-də F.Tekke Trabzona gələcək. Bundan sonra tərəflər arasında müqavilənin detalları müzakirə edilərək imzalar atılacaq.

Onun bu postda martın 10-da klubla yollarını ayıran Şenol Güneşi əvəz edəcəyi gözlənilir.

Milli.Az