Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif edilib.
Milli.Az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, S. Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunub.
Rusiya dövlət başçısının müvafiq fərmanı hüquq-informasiya portalında dərc olunub. /Apa
Milli.Az