Martın 10-da Hindistan Hava Yollarına məxsus bir təyyarə, potensial təhlükəsizlik təhdidi səbəbindən Mumbaya geri qayıtmağa məcbur olub.
Milli.Az xəbər verir ki, bu barədə "The Times of India" məlumat verib.
Məlumatda bildirilir ki, təyyarə 30 min fut hündürlükdə Azərbaycan üzərindən keçərkən istiqamətini dəyişərək Mumbai Hava Limanına geri dönüb. Təyyarənin içərisində 303 sərnişin və 19 ekipaş üzvü olub. Təyyarə, səhər saat 10:25-də təhlükəsiz şəkildə Mumbai Hava Limanına enib.
Təyyarənin geri qayıtmasına səbəb olan konkret təhdid barədə heç bir açıqlama verilməyib. /Ajans.az
Milli.Az