Tankerlə yük gəmisi TOQQUŞDU: 10larla YARALI var

10 Mart 2025 18:15

Böyük Britaniyada neft tankeri ilə yük gəmisinin toqquşması nəticəsində 32 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam edir. /APA

xxx

Böyük Britaniyada neft tankeri ilə yük gəmisi toqquşub.

Bu barədə "The Guardian" məlumat yayıb.

Kral Sahil Mühafizəsindən bildirilib ki, Şimal dənizində, Şərqi Yorkşir sahillərində tanker və yük gəmisi toqquşub.

Məlumata görə, neft tankeri toqquşmadan sonra yanıb.

Qeyd edilib ki, bu gün səhər saatlarında baş verən toqquşmadan sonra təcili xilasetmə əməliyyatı aparılır. Hadisə yerinə bir neçə xilasedici qayıq və sahil mühafizəsinin xilasedici helikopteri cəlb edilib.

Dəymiş zərər və tələfat barədə hələ ki məlumat verilməyib.

Milli.Az