Xalq artistinin səhhətində problem yarandı: "Sürünə-sürünə də olsa..."

10 Mart 2025 17:49

Xalq artisti Tünzalə Ağayevanın səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" verilişində bildirib ki, belində güclü ağrılar yaranıb:

"Belim ağrıyır. Bu gün sürünə-sürünə də olsa verilişə gəldim. Soyuq olub, müalicə alıram. Qocalıq əlamətidir (gülür)".

Milli.Az