4 yaşlı uşaq xəstəxanada ÖLDÜ

10 Mart 2025 16:34

Gəncə şəhəri 2 saylı Uşaq Xəstəxanasında azyaşlının ölümü qeydə alınıb.

Milli.Az bildirir ki, Gəncə şəhər sakini, 2021-ci il təvəllüdlü H.Hüseynov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxanada ona tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırıma aparılır. /Report

Milli.Az