"İnter"in oyunçusu 2 aylıq sıradan çıxdı

10 Mart 2025 18:44

Polşa millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Pyotr Zelinski 1,5 aydan 2 ayadək yaşıl meydanlardan kənarda qalacaq.

Milli.Az xəbər verir ki, 30 yaşlı mərkəz yarımmüdafiəçinin baldır əzələsindən xəsarət aldığı bəlli olub.

O, "Montsa"ya 3:2 hesabı ilə qalib gəldikləri A Seriyasının XXVIII turunun oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxan futbolçu üç dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, Pyotr Zelinski cari mövsüm "İnter"də 33 matçda meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Report"

Milli.Az