"Əl-Hilal"ın və Serbiya yığmasının futbolçusu Aleksandr Mitroviç xəstəxanaya yerləşdirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun ürəyində problem olduğu aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti də məlumat paylaşıb.
Bildirilib ki, 30 yaşlı serbiyalı oyunçu sürətli ürək döyüntüsünə görə müalicə alacaq. Ona tam istirahət etmək və gərginlikdən uzaq durmaq tövsiyə olunub.
Qeyd edək ki, Mitroviç 2023-cü ilin yayından "Əl-Hilal"da çıxış edir.
Milli.Az