“Notların ahəngindəki poeziya” adlı konserti baş tutub - FOTO

10 Mart 2025 16:17

Ölkəmizin musiqi tarixi və ansambl ifaçılığında xüsusi önəmi olan Azərbaycan Dövlət Simli Kvartetinin Kamera və Orqan Musiqisi Zalının səhnəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Notların ahəngindəki poeziya" adlı konserti baş tutub.

Azərbaycan Dövlət Simli Kvartetinin müşayiəti ilə qiraətçilər - Anara Axundova, Ülviyyə Axundova, Natella Kərimova, Nigar Babayeva musiqinin sehrinə bürünmüş sözlərlə bu musiqili gecəni dinləyicilər üçün unudulmaz edib.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının bir-birindən gözəl əsərləri ilə poeziyanın düşünməyə sövq edən fərqli parçaları  vəhdət təşkil edərək insanların ruhunu oxşadı. 

Belə ki, kvartetin qarşıdan gələn konsertlərdə daha geniş və fərqli repertuar sərgiləyəcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. Repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir.

Simli kvartetin tərkibi Respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Azərbaycan Respublikasının Əməkdar artistləri Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az