İkardidən boşanan Nara borc içində üzür - FOTO

10 Mart 2025 16:58

Wanda Naranın "Qalatasaray"ın hücumçusu Mauro İkardidən boşandıqdan sonra ciddi maliyyə çətinlikləri ilə üzləşdiyini bildirilir.

Milli.Az xəbər verir ki, bu barədə Argentinalı jurnalist Yanina Latorre xəbər verib.

Wanda Nara hazırda Argentina məhkəmələrinə 240 milyon Argentina pesosu (təxminən 383 min manat) borclu qalıb.

Yanina Latorre məsələ ilə bağlı açıqlamasında bildirib:

"Wanda Mauro İkardini şəxsi və qızlarının mobil telefonundan blokladığını, daha sonra isə idmançının ondan şikayət etdiyini açıq şəkildə bildirib. Həmçinin modelin məhkəmələrə milyonlarla dollar cərimə borcu var. Daha ətraflı məlumatı yaxın günlərdə açıqlayacağam."

Xatırladaq ki, Mauro İkardi ilə Wanda Nara 2024-cü ilin noyabrında rəsmi olaraq boşanıblar. Ayrılığın əsas səbəbi Wanda Naranın Mauro İkardiyə argentinalı reper L-Gante ilə xəyanət etməsi olub.

Fidan
Milli.Az