Bakıda 17 yaşlı gənc amansızlıqla qətlə yetirildi

31 May 2010 10:29
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, mayın 30-da axşam saatlarında Alı Mustafayev küçəsində yerləşən köhnə avtovağzal ərazisində dağıntılar arasında naməlum kişi meyiti aşkarlanıb. Meyitin xarici müayinəsi zamanı mərhumun çoxsaylı bıçaq zərbələri ilə xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.

Aparılan araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin Şamaxı rayon sakini, 17 yaşlı Famil İbrahimov olduğu məlum olub.
Mərhumun Bakıda fəhləliklə məşğul olduğu bildirilir.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az