Bakıda 8 Mart günü DƏHŞƏT: gənc qızın meyiti tapıldı

10 Mart 2025 15:13

Bakıda gənc qız vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, martın 8-i saat 21 radələrində 2002-ci il təvəllüdlü Ada Ədilzadənin meyiti yaşadığı Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsindəki mənzildə tapılıb. Onun çoxsaylı dərman həbləri qəbul etməsi və zəhərlənərək ölməsi bildirilib.

Gənc qızın hansı məqsədlə bu addımı atması hələlik məlum deyil.

Hadisənin öz həyatını sonlandırma ola bilmə ehtimalı da nəzərdən keçirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az