Suriya prezidenti Əhməd Şəra mindən çox insanın həyatını itirdiyi Latakiya hadisələri ilə bağlı müstəqil milli təhqiqat komitəsi yaradıldığını açıqlayıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Suriya Rəyasət Heyətindən verilən yazılı açıqlamada Latakiyada baş verən hadisələri bütün aspektləri ilə araşdırmaq və məsuliyyət daşıyanları müəyyən etmək üçün 7 nəfərdən ibarət müstəqil komitənin təyin edildiyi açıqlanıb.
Müstəqil istintaq komitəsi hadisələrin səbəblərini və inkişafını araşdırmaq, mülki şəxslərə qarşı pozuntuları araşdırmaq və günahkarları müəyyən etmək, dövlət qurumlarına, təhlükəsizlik qüvvələrinə və orduya qarşı hücumları araşdırmaq səlahiyyətinə malikdir.
Komitə həmçinin zəruri hallarda ekspertlərdən dəstək almaq səlahiyyətinə malik olacaqdır. Bütün dövlət qurumlarından komitə ilə tam əməkdaşlıq etmələri tələb olunur. İstintaq komitəsinin hadisələrlə bağlı geniş hesabatını 30 gün ərzində tamamlayaraq Suriya Prezidentliyinə təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, martın 6-da Lazkiyənin Ceblah rayonunda devrilmiş Əsəd rejiminin tərəfdarlarının həyata keçirdiyi hücumda ən azı 11 təhlükəsizlik əməkdaşı həlak olub. Suriya ordusu hücumdan sonra Latakiya və Tartus əyalətlərinə tanklar, zirehli transportyorlar və çoxsaylı reaktiv yaylım atəşi sistemləri kimi ağır silahlar da daxil olmaqla yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərərək devrilmiş rejimin üzvlərini ələ keçirmək üçün bölgədə əməliyyat keçirib.
Fidan
Milli.Az