UFC-313 turnirində amerikalı döyüşçü Castin Qeyciyə məğlub olan Azərbaycanlı MMA ulduzu Rafael Fiziyev fanatlarından üzr istəyib.
Milli.Az xəbər verir ki, o, şəxsi "X" hesabında paylaşım edərək "Uşaqlar bağışlayın, sizi sevindirə və qalib gələ bilmədim. Castini isə təbrik edirəm. Oktaqonu yenidən səninlə bölüşmək möhtəşəm idi", - deyə bildirib.
Qeyd edək ki, Rafael Fiziyev və Castin Qeyci martın 9-u Los Angelesdə keçirilən UFC-313 turnirində üz-üzə gəliblər. 3 raund davam edən döyüşün yekununda Qeyci hakimlərin qərarı ilə qalib elan edilib. Əvvəlki döyüşləri isə 2023-cü ilin martında "UFC-286" turnirində olub və o döyüş də Castinin qələbəsi ilə başa çatmışdı.
Rafael Fiziyev MMA yarışlarında ümumilikdə 16 döyüş keçirib və bunlardan 12-sində qələbə qazanıb, bunlardan 8-i isə nokautla olub.
Asya
Milli.Az