Rafiq Babayevin xatirəsinə həsr olunmuş möhtəşəm musiqi gecəsi keçiriləcək

10 Mart 2025 14:11

Azərbaycan musiqisinin parlaq simalarından biri - Rafiq Babayevin xatirəsinə həsr olunmuş möhtəşəm musiqi gecəsinə dəvət edirik. Bu özəl axşamda, ölkənin tanınmış jazz ifaçıları Rafiq Babayevin sevilən əsərlərini yenidən canlandıracaq, onun musiqisinin sehrini tamaşaçılara yaşadacaq.

Səhnədə jazz-ın sevilən ifaçıları, Rafiq Babayevin ruhunu yaşadan notlar və doğma melodiyalar səslənəcək. Bu gecə, yalnız bir musiqi tədbiri deyil - bu, Rafiq Babayevin musiqi irsinə ehtiram, sənətə sevgi və xatirələrin səslə ifadəsidir.

Məkan: Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
Tarix / saat: 15 May 19:30

İştrak edirlər: 
 
Cəmil Əmirov və "Savab", Azər Zeynalov, Tofiq Cabarov və "Bakuba",  
Mircavad Cəfərov və "Cəngi" qrupu, Salman Qəmbərov və "Bakustic Jazz", Ənvər Sadiqov və "Qaytağı" qrupu, Emil Əfrasiyab trio, RAST qrupu, Şahin Növrəsli, İsfar Sarabski, "Qaya" Dövlət Ansamblı, Vasif Hüseyn trio, Nicat Aslanov və dostları, H3 Collective, DiHaj, Ruslan Hüseynov, Elvin Başirov, Həsən Bilalov və s.
 
https://iticket.az/events/concerts/rafig-babayev-azerijazznovels/145124

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az