Binəli Yıldırım Bakıya gəlir

10 Mart 2025 13:47

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycana səfər edəcək.

Milli.Az report.az-a istinadən məlumat verir ki, Türkiyənin sabiq baş naziri səfər çərçivəsində XII Qlobal Bakı Forumuna qatılacaq.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu martın 13-15-də keçiriləcək.

Milli.Az