Türkiyə Taylanda döyüş gəmisi təklif etdi - Böyük səs-küyə səbəb OLDU

10 Mart 2025 13:19

Türkiyənin Taylanda döyüş gəmisi təklifi beynəlxalq aləmdə böyük təsir bağışlayıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, Türkiyənin müdafiə sənayesindəki gücünü və ixrac imkanlarını müzakirə edən Çin mətbuatı təklifin diqqətlə araşdırılması lazım olduğunu vurğulayıb.

Türkiyənin əhəmiyyətli müdafiə sənayesi təşkilatlarından biri olan ASFAT Çinlə uzun müddətdir böhran yaşayan Asiya ölkəsinə döyüş gəmisi təklifi edib. Şirkət yerli resurslarla istehsal etdiyi ADA sinifli korvetlər və İSTİF sinif freqatları haqqında Tayland Kral Donanmasına təqdimat edib.

Lakin bu təklif satışdan əvvəl də Asiya regionunda geniş təsir bağışlayıb.  Xüsusilə Çin mətbuatı daha əvvəl Malayziyaya təklif edilən və indi Taylanda təklif edilən türk döyüş maşınlarının diqqətlə araşdırılması lazım olduğunu bildirib.

Təklifi edən ASFAT Türkiyənin müdafiə sənayesi daxilində fəaliyyət göstərən və hərbi fabrik və tərsanələrin idarə olunmasından məsul olan bir şirkət kimi qeyd edilib. Sözügedən təklifin Türkiyənin müdafiə sənayesindəki ixrac potensialını və bölgədəki strateji addımlarını nümayiş etdirdiyini vurğulanıb.

Qeyd edək ki, Təklif edildiyi Taylandın Çinlə illərdir gərginliyi var. Çinə qarşı müdafiə qabiliyyətini gücləndirmək istəyən Tailand dörd yeni freqat almaqla Kral donanmasını gücləndirməyi planlaşdırır. Bu çərçivədə iki gəmini birbaşa hazır olaraq almaq, qalan iki gəmini isə ölkədə istehsal etmək və texnologiya transferini hədəfləyir.

Fidan
Milli.Az