ABŞ-nin vitse-prezidentinin dayısı oğlu Ukrayna ordusunda döyüşüb - FOTO

10 Mart 2025 14:00

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin dayısı oğlu Neyt Vens bir neçə il Ukrayna Silahlı Qüvvələrində Rusiya hərbçilərinə qarşı döyüşüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Neyt Vens Ukrayna tərəfindən üç il döyüşüb, onun da iki ildən çoxunu qanlı cəbhələrdə olub.

Vurğulanıb ki, Neyt 2025-ci il yanvarın əvvəlində, qohumu vitse-prezident vəzifəsinə başlamazdan bir neçə gün əvvəl Ukrayna ordusunu tərk edib.

Nəşr yazıb ki, Neyt bibisi oğlunun Ukrayna münaqişəsi ilə bağlı fikirlərini bölüşmür, üstəlik, o, bu məsələdə onun mövqeyindən məyusdur.

Milli.Az