Rusiya iki britaniyalı diplomatı akkreditasiyadan məhrum etdi

10 Mart 2025 12:12

İki Britaniya diplomatı kəşfiyyat fəaliyyəti əlamətlərinə görə Rusiyada akkreditasiyadan məhrum edilib. 

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Onlara iki həftə ərzində Rusiyanı tərk etmək tapşırılıb.

Bildirilib ki, səfirliyin ikinci katibi Alkeş Odedra və diplomatik missiyanın siyasi şöbəsinin birinci katibinin həyat yoldaşı Maykl Skinner "Rusiyanın təhlükəsizliyinə təhdid yaradan kəşfiyyat-təxribat fəaliyyəti" ilə məşğul olublar.

Milli.Az