CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - VİDEO - FOTO

10 Mart 2025 11:11

CineMastercard-da "Dayı: Bir Adamın Hikayesi 2" filminin Qala gecəsi keçirilib.

Dəniz Mall ticarət mərkəzində yerləşən "CineMastercard"
kinoteatrında "Dayı: Bir Adamın Hikayesi 2" türk döyüş dramının Qala gecəsi baş
tutub. 2022-ci ildə ekranlara çıxan "Dayı: Bir Adamın Hikayesi 1" filminin
davamıdır.

Tədbirə filmin rejissoru, ssenaristi və prodüseri Uğur Bayraktar və baş rol ifaçısı
Ufuk Bayraktar dəvət olunub.

Filmin qəhrəmanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı
xalıdan keçib və bütün pərəstişkarlar ilə şəkil çəkdiriblər. Azərbaycan tamaşaçıları
türkiyəli qonaqları hərarətlə, gur alqışlarla qarşıladı.

İkinci hissədə yeni çətinliklərin öhdəsindən gələrək, daha da zirvələrə yüksələn,
daha da çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını
itirməyən Cevahirin həyatından bəhs edilir.

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən
son premyeralarla sevindirməyə hazırdır.