Bu şəxslərin “Green Card”ları ləğv ediləcək

10 Mart 2025 22:11

ABŞ Dövlət Departamenti sonradan deportasiya etmək məqsədilə HƏMAS tərəfdarlarının giriş vizalarını və "green card"larını ləğv edəcək.

Milli.Az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "X" hesabında bildirib.

"Biz ABŞ-dəki HƏMAS tərəfdarlarının vizalarını və yaxud "grin kart"larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər", - o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ-nin Fələstinə dəstək nümayişlərində iştirak edən əcnəbi tələbələri və digər vətəndaşları ölkədən çıxaracağını vəd etmişdi. (Lent.az )

Milli.Az