Norveç dənizinin akvatoriyasında 6.6 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər yayıb.
Bildirilir ki, zəlzələnin episentri Norveçin Yan-Mayen adasından təxminən 8.5 km şimalda olub.
Episentrdə zəlzələnin intensivliyi "dağıdıcı" kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6.5 bal olaraq qiymətləndirib.
Milli.Az