"QAZ-31" aşdı, sürücü öldü
31 May 2010 10:26
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, avtoqəza mayın 30-da saat 23:00 radələrində Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.
Elnur Qasımov idarə etdiyi "QAZ-31" markalı avtomobili aşırıb. Nəticədə sürücü xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.
Hadisəyə sürücünün idarəteməni itirməsi səbəb olub.
Milli.Az