Hicablı qadından səhnədə müğənni ilə biabırçı hərəkət - VİDEO

10 Mart 2025 09:55

Cənubi Koreyalı aktyor və müğənni Lee Min Ho Türkiyədə pərəstişkarları ilə görüş keçirib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, tədbir zamanı diqqətçəkən anlar yaşanıb. Min Ho fanatları ilə hər görüşündə oynadığı şar partlatma oyunu üçün bir pərəstişkarını səhnəyə dəvət edib.

Pərəstişkarının hicablı olduğunu görən Lee Min Ho aparıcıdan "Oynamağ problem deyil?" deyə soruşmasını istəyib. Pərəstişkarı "Heç bir problem yoxdur" cavabını verdikdən sonra birlikdə oyunu oynayıblar.

Həmin anın görüntüləri sosial mediada geniş yayılaraq müzakirələrə səbəb olub.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az