Xersona raket atıldı - ölənlər var

9 Mart 2025 23:09

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Velikie Kopani kəndindəki bazara HİMARS reaktiv yaylım atəşi sistemi ilə endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub.

Milli.Az xəbər verir ki, bu haqda vilayətin təcili yardım xidmətindən məlumat verilib.

Həlak olanlardan birinin xəstəxanaya aparılarkən yolda, ikisinin isə hadisə yerində dünyasını dəyişdiyi bildirilir.
 

Milli.Az