Taekvondoçularımız Niderlandda medal qazanıb

9 Mart 2025 11:40

Azərbaycanın iki taekvondoçusu Eyndhoven şəhərində keçirilən 52-ci açıq Niderland çempionatında medal qazanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə böyüklərdən ibarət millinin üzvləri Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) fərqləniblər.

Onların hər ikisi bürünc mükafat əldə edib.

Milli.Az