Macit Koperin ssenarist xanımı öldü

9 Mart 2025 09:06

Ssenarist Hülya Koper xərçənglə mübarizəsini uduzaraq vəfat edib.

Məşhur aktyor Macit Koperin 55 yaşlı həyat yoldaşı Hülya Koperin vəfatı sənət dünyasında böyük kədərə səbəb olub. Birsen Altuntaşın xəbərinə görə, Hülya Koper son olaraq Çağatay Ulusoyun baş rolda oynadığı Eşref Rüya serialının ssenaristi kimi tamaşaçılarla görüşməyə hazırlaşırdı.

Qeyd edək ki, Hülya Koper "Gurbet kuşları", "Hayat yolunda", "Derin sular", "Hasret", "Hayat sevince güzel", "Hırçın kız Kadife" kimi ekran işlərinin ssenaristi olub.

Allah rəhmət eləsin.

Lalə Qüdrətova
Milli.Az