"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp Dortmund "Borussiya"sına hücumçu Sadio Manenin keçməsinə imtina etdiyinə görə peşman olduğunu bildirib.
Milli.Az xəbər verir ki, almaniyalı mütəxəssis "Borussiya" azarkeşlərindən üzr istəməli olduğunu söyləyib:
"Borussiya" azarkeşlərindən üzr istəməliyəm, çünki Sadio Maneni komandaya transfer etməmişəm. Onun istedadını yalnız "Liverpul"da onunla işləyərkən qiymətləndirə bildim".
Qeyd edək ki, Klopp 2008-2015-ci illərdə "arılar"a başçılıq edib, bundan sonra Mane ilə yolları "Liverpul"da kəsişib. (Unikal)
Milli.Az