Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq öldü

9 Mart 2025 08:16

Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda, yeni tikililərin birində qeydə alınıb.

2008-ci il təvəllüdlü Qadir Məmmədov ehtiyatsızlıq nəticəsində hündürlükdən yerə yıxılıb.

O hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır. /APA
 
Milli.Az