23:57
İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində ailənin xanımı Azadova Mehriban İdris qızı, onun övladları Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı ölüb.
Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-------
23:34
Xəbər verdiyimiz kimi, İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, faciə nəticəsində ana və iki azyaşlı övladı həyatını itirib.
Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanaının reanimasiya şöbəsinə yerləşdirlib.
------------
22:50
İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Milli.Az-ın məlumatına görə, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar. /APA
Milli.Az