Ötən ay övladlığa verilən uşaqların sayı açıqlandı

8 Mart 2025 22:32

Sosial Xidmətlər Agentliyi fevral ayında 12 uşağı övladlığa verib.

Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, həyata keçirilən tədbirləri nəticəsində 19 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 11 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.

Milli.Az