Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum oldu - YENİLƏNİB

10 Mart 2025 23:02

Muzey Mərkəzinin bir neçə gün öncə vəzifəsindən azad olunan direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Mərkəzin fəaliyyəti ilə bağlı aparılan yoxlama nəticəsində bir sıra qanun pozuntuları aşkar edilib.

İşində yol verdiyi ciddi nöqsanlara görə mərkəzin direktoru Liana Vəzirova tutduğu vəzifədən azad olunub.

Muzey Mərkəzində ortaya çıxarılan qanun pozuntuları ilə bağlı materiallar toplanılaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.

-------

8 mart

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Muzey Mərkəzinin direktoru - Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Liana Vəzirova vəzifəsindən azad edilib.

Qeyd edək ki, Muzey Mərkəzi 1991-ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilib.

Milli.Az