95 minlik dələduzluq

8 Mart 2025 14:22

Sumqayıtda bir nəfərin 95 min manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

DİN-in Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, bu barədə polisə məlumat daxil olub.

Araşdırma nəticəsində cinayətdə şübhəli bilinən 32 yaşlı Sumqayıt sakini H.Həsənli saxlanılıb.

Faktla bağlı ilkin istintaq hərəkətləri davam edir.

Milli.Az