Şairə və qiraətçi Nazilə Səfərli qalmaqallı paylaşım edib.
Milli.Az xəbər verir ki, məşhur sosial şəbəkədə onu təhqir etdiyini bildirən şəxsə od püskürüb. Gözünü yumub ağzını açan Səfərli bu sözlərlə izləyicisini hədəf alıb:
"Yumor hissi olmayan, danışıb-gülməklə arası olmayanlar səhifəmə girməsin. İzləyici istəmirəm, gedin başqalarını izləyin. 5 günlük dünyadır, yarım əsr yaşım var. Ürəyim istəyən kimi paylaşım edirəm.
5 ilin müəllimi var. Ağzımdan çıxanı yazmışam. Mənə səviyyəsiz yazıb, bu, təhqir deyil deyir. Dedim, səviyyəsiz səni doğan, övladların, keçmişindəkilərdir. Niyə məşhur insanlar sizin bu sözlərinizi yeməlidir? İcazə verin, oturaq da... Sizə nə edirik biz? Xoşuna gəlməyən hesabımdan çıxsın".
Musa
Milli.Az