Çərşənbə tonqalına yıxılan uşaq xəstəxanada ÖLDÜ

8 Mart 2025 11:28

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.

Milli.Az bildirir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az