İlon Mask etiraf etdi

8 Mart 2025 12:45

ABŞ Prezidenti Donald Tramp İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyətindən məmnun olduğunu, lakin federal qurumlarda işçi ixtisarları aparılarkən ehtiyatlı davranmağı tövsiyə etdiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Biz "balta" yox, "skalpel" deyirik", - yazan Tramp vurğulayıb ki, ixtisarlar vacibdir, lakin ən yaxşı və ən məhsuldar insanları qoruyub saxlamaq da önəmlidir.

"Agence France-Presse" agentliyi hesab edir ki, prezidentin bu sözləri DOGE-nin səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş ilk addım kimi qiymətləndirilə bilər.

İlon Mask Trampın sözləri ilə razılaşıb və idarəsinin səhvlərə yol verdiyini etiraf edib.

Milli.Az