Ronaldodan oxşarına: “Qardaşım, sən eybəcərsən” - FOTO

8 Mart 2025 12:23

Səudiyyə Ərəbistanı Liqasında Kriştiano Ronaldonun matçını izləməyə gedən, "Adanalı Ronaldo" kimi tanınan türkiyəli Gökmen Akdoğanla ulduz futbolçu arasında maraqlı dialoq yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Ronaldo məşq əsnasında oxşarına yaxınlaşaraq onunla zarafatlaşıb.

"Qardaşım, sən mənə oxşamırsan, eybəcərsən", - deyə forvard Akdoğana deyib.

Gökhan isə Kriştianoya "Sən dünyanın ən yaxşısısan", - deyə səslənib.

Onların bu söhbəti sosial şəbəkələrdə viral olub.

Qeyd edək ki, sözügedən matçda Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" türkiyəli məşhur mütəxəssis Fatih Terimin çalışdırdığı "Əl-Şəbaba"la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Həmçinin Kriştiano qarşılaşmada 926-cı qolunu vurub.

Milli.Az