108 yaşlı qadın bərbər Ginnesin rekordlar kitabında - FOTOlar

8 Mart 2025 12:01

108 yaşlı Hakoişi Şitsui dünyanın ən yaşlı işləyən qadın bərbəri kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Milli.Az xəbər verir ki, Ginnesin Rekordlar Kitabının bəyanatında deyilir: "Hakoişi Şitsuinin 108 yaşı var və hələ də saç kəsir".

1912-ci ildə anadan olan Hakoişi 14 yaşında paytaxt Tokioda bərbər şagirdi kimi işə başlayıb.

Hakoişinin 1936-cı ildə bərbər lisenziyasını aldıqdan sonra həyat yoldaşı ilə açdığı bərbər dükanı İkinci Dünya Müharibəsi zamanı dağıdılıb. /Lent.az

Milli.Az