29 polis əməkdaşı oğurlandı - Bu ölkədə

8 Mart 2025 10:18

Kolumbiyanın qərbində iğtişaşlar zamanı cinayətkarlar hüquq-mühafizə orqanının 29 əməkdaşını oğurlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Blu Radio" məlumat yayıb.

"İğtişaşlar zamanı polis və hərbçilərə vəhşicəsinə hücum edilib. 29 asayiş keşikçisinin oğurlandığı bildirilir", - məlumatda qeyd olub.

Qarşıdurma zamanı hücum edənlər iki rəsmi avtomobili də yandırıblar.

Ölkənin müdafiə naziri Pedro Sançesin sözlərinə görə, cinayətləri Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvləri törədib.

Milli.Az