Trampın bu qərarından sonra ÜST işçilərinə erkən təqaüdə çıxmağı təklif edib

8 Mart 2025 09:53

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Prezidenti Donald Trampın qərarına əsasən ABŞ-nin təşkilatdan çıxması fonunda xərcləri azaltmaq üçün bəzi işçilərə erkən təqaüdə çıxmağı təklif edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

"Təşkilat ABŞ prezidentinin qərarından sonra xərcləri azaltmağa çalışdığı üçün bəzi işçilərdən erkən təqaüdə çıxmağı düşünməyi xahiş edir", - bəyanatda bildirilir.

Xatırladaq ki, ÜST bu ilin iyun ayına qədər yaşı 55 və yuxarı olan işçilərə dörd aylıq pensiya təklif edir. Qərarın könüllü olduğu vurğulanıb.

Milli.Az