Suriyanın İƏT-ə üzvlüyü bərpa edildi

8 Mart 2025 06:14

Suriyanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyü 13 ildən sonra bərpa edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, belə bir qərar İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının martın 7-də Ciddədə keçirilən fövqəladə iclasında qəbul edilib. Məsələ Türkiyənin təşəbbüsü ilə təşkilatın gündəliyə daxil edilib.

Müvafiq qətnamənin qəbulundan sonra Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani iclasa dəvət olunub və İƏT-in xarici siyasət qurumlarının rəhbərləri sırasında öz yerini tutub.

Milli.Az