Prezident bu yolun əsaslı təmirinə 1,5 milyon manat ayırdı

7 Mart 2025 16:02

Azərbaycan Prezidenti İlham Əliyev Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri üçün vəsaitin ayrılması barədə Sərəncam imzalayıb. 

Milli.Az-ın məlumatına görə, 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri üçün 1,5 milyon manat ayrılacaq.  

Sənədə əsasən, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq. 

Milli.Az