"Qarabağ"ın daha bir ulduzu gedir?

7 Mart 2025 16:56

"Qarabağ" klubunun təcrübəli yarımmüdafiəçisi Patrik Andrade komandadan ayrılmaq qərarına gəlib.

Milli.Az azerisport.com-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun əsas heyətdə yer ala bilməməsidir.

Qeyd edək ki, Patrikin "Qarabağ"la müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.

Milli.Az