Martın 10-u qatarların qrafiki necə olacaq?

7 Mart 2025 15:18

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qatarları martın 10-da iş günü qrafiki ilə hərəkət edəcək.

Milli.Az bu barədə ADY-yə istinadən məlumat verir.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə 10 mart iş-günü elan edildiyindən, həmin tarixdə Abşeron dairəvi marşrutu üzrə qatarlar iş günü qrafiki ilə hərəkət edəcək.

Milli.Az